Dərinsulu Günəşli platformasının dibinə enən avtomatik idarə edilən xüsusi dalğıc qurğusu burada uniformalı geyimdə insan aşkarlayıb
Xəbər verildiyi kimi “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi çərçivəsində noyabrın 8-də səhər saatlarında Dərinsulu Günəşli platformasındakı qazma podratçısının bir işçisinin itkin düşsüyü “BP-Azerbaijan” şirkəti tərəfindən elan olunmuşdu.
Caspian Barrel-in neft dairələrindən əldə etdiyi məlumatlara görə, həmin şəxs Britaniyanın “KCA-Deutag” şirkətində qazmaçı vəzifəsində çalışırmış.
Qazmaçının cəsədi noyabrın 10-da xüsusi dalğıc qurğusunun apardığı axtarış nəticəsində Dərinsulu Günəşli platformasının altından tapılıb. Burada suyun dərinliyi 120 metrə yaxındır.
* “KCA-Deutag” şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir və istismar quyularının layihələndirilməsi və onların qazılması sahəsində BP şirkətinin Xəzər əməliyyatlarında baş podratçısıdır.